09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Rusiyadan İrəvana 20 ton silah göndərildi

12.10.2020

Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarələri Ermənistana silah tədarük edir.

Bu məlumatı "Haqqin.az” saytı yayıb. Məlumata görə, oktyabrın 3-dən 9-na qədər Ermənistana Rusiyanın mülki təyyarələri ilə "humanitar” tədarük görüntüsü altında 20 tondan çox silah və sursat gətirilib.

Sayt, həmçinin silah tədarükü işində Ermənistan rəsmilərinin təyyarəsindən də istifadə edildiyini bildirib. Belə ki, bunun üçün Baş nazirin müavini Mqer Qriqoryan və Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan seçilib. Üstəlik, bu uçuşlar zamanı Gürcüstana silah tədarüküylə bağlı heç bir xəbərdarlıq edilməyib.

Sayt Fransadan da Ermənistana silahın humanitar yardım adı altında daşındığını açıqlayıb. Belə ki, dünən Parisin Şarl de Qoll hava limanından uçan F-GKXY bort nömrəsinə sahib Eyrbas A320-214 təyyarəsi İranın hava məkanından keçərək, İrəvana eniş edib.