29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dağlıq Qarabağ Putinin imicini dağıtdı - NYT

12.10.2020

Belarus, Qırğızıstan və Dağlıq Qarabağda eyni anda başlayan böhran Rusiyanın bu regionlardakı təsir səviyyəsinə neqativ təsir göstərir.

Bu iddia ilə "Nyu York Tayms” qəzeti çıxış edib. Qəzet bu böhranların Vladimir Putinin dünya arenasında məşhur olan taktika ustası imicini dağıtdığını bildirib.

Qeyd olunub ki, Rusiya uzun illər apardığı qlobal güc olmaq cəhdlərindən sonra qeyri-stabillik əhatəsinə düşüb.

Bununla bərabər Rusiya liderinin imicinə, həmçinin daxili qeyri-stabillik faktorları da təsir edib. Bu sırada isə ilk növbədə Xabarovskdakı etirazlar göstərilib.