09 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident ordumuzun Naxçıvandakı əməliyyatından danışdı

27.06.2018

Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Biz strateji yüksəklikləri azad etdik.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paraddakı nitqində keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyatdan danışarkən deyib.
Xatırladaq ki, bir müddət əvvəl virtualaz.org Azərbaycan Ordusu bölmələrinin dağlıq Günnüt kəndinin azad olunması ilə nəticələnmiş hücumu haqda oxuculara kifayət qədər ətraflı məlumat vermişdi. Azərbaycan Ordusunun müvəffəqiyyətli hücumu haqda informasiyanı Ermənistanda müstəqil bloqerlər və vətəndaş cəmiyyətinin nümayəndələri də təsdiq etdilər. Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan qoşunlarının uğurlu xüsusi əməliyyat keçirməsini  təkzib etmək cəhdləri isə inandırıcı deyildi və heç bir tənqidə dözmürdü.

Dövlət başçısı qeyd edib ki, həmin uğurlu əməliyyat nəticəsində Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı azad edilib: "Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərdi. Biz strateji yüksəklikləri azad etdik. Biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərdi ki, biz istənilən vəzifəni icra edə bilərik və icra edirik, böyük məharətlə və peşəkarlıqla. Bundan sonra Azərbaycan Ordusu hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü bərpa etsin...”.