28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ekspert imzalanmış sənəd barədə: “Atəşkəsi pozacaqlar…”

10.10.2020

Bunu politoloq Yeganə Hacıyeva deyib.

Ekspert Ermənistan və Azərbaycan arasında atəşkəsin elan edilməsi ilə bağlı əldə edilmiş razılaşmadan danışıb:

"Bu atəşkəs humanitar atəşkəsdir və qısa müddətli olacaq. 13 gün ərzində müharibədə nəyə qadir olduğumuzu Ermənistan da, dünya da gördü. Amma müharibənin öz qanunları var, düşmənin cəsədləri ortada qalmamalı və ortalığın təmizlənməsi üçün imkan verməliyik. Mən də humanitar atəşkəsin olmasının əleyhinəyəm, amma müharibə qanunları var və onların it leşləri bizim torpaqda ortada qalmayacaq.

Ermənilərin təbiətinə bələdik, atəşkəsi uzaq yox, elə bu gün də pozacaqlar, razılaşdıqları məqamları yerinə yetirməyəcəklər. Biz də bu halda dayandığımız yerdən davam edəcəyik. Bir şeyə tam əmin olaq, ermənilər bizim torpaqlardan ya özləri çıxacaq (buna inanmıram), ya da biz çıxaracağıq.

Əlbəttə, atəşkəs Ermənistan və havadarlarına silah daşınması və terrorçuların Dağlıq Qarabağa yerləşdirilməsi üçün bir şansdır, bunu da anlayırıq. Bu halların izlənməsi və önlənməsi üçün addımlar atılacaq. İyul müharibəsindən sonra Ermənistana silah daşınmasının izlənməsi və diplomatik üsullarla həlli yollarları buna bariz nümunədir. Yəni biz bunu gördük.

Odur ki, bu günləri fürsət biləcək klaviatura qəhrəmanlarının məqsədli təbliğatına uymadan, mübarizəmizəyə davam etmək lazımdır”.