28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentdən Paşinyana məsləhət: "Şamanlara zəng eləsin..."

09.10.2020

"Bəs nə oldu, Paşinyan? Deyirdin ki, "Dağlıq Qarabağ Respublikası" bütün işğal edilmiş torpaqları əhatə edir. Bəs gəl müdafiə elə bunları. Nə qaçırsan Moskvaya?"
Bu sözləri ölkə başçlısı İlham Əliyev bu gün xalqa müraciətində səsləndirib. Prezident Ermənistanın baş nazirinin yumor personajına çevrildiyini deyib:

"Nə zəng edirsən dünya liderlərinin beynini xarab edirsən? Kim qaldı ki zəng eləməsin, kim qaldı ki zəhləsini tökməsin. Bir məsləhət verərdim ki bəlkə şamanlara zəng eləsin, onlar ona kömək eləsin. Ya da ki hansısa uzaq adada yaşayan qəbilə başçısına zəng eləsin, o onun canını qurtarsın. Anikdot personajına çevrilib. Açın baxın sosial şəbəkələrdə lağa qoyub, ələ salırlar. Öz ölkəsini bu qədər rəzil edən bəlkə də dünya miqyasında ikinci adam olmayıb".