08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Alis Uels Azərbaycana gəlir

27.06.2018

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Alis Uels Azərbaycana gələcək.

"Dövran Media"nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında bildirilib.
Məlumata görə,  A.Uells 27-29 iyun tarixlərində Bakıda səfərdə olacaq.
O Bakıda iyunun 28-də keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edəcək.
Səfər çərçivəsində ABŞ rəsmisi Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri görüşərək Azərbaycanın Əfqanıstan hökumətinə və NATO-nun Əfqanıstandakı qətiyyətli dəstək missiyasına davamlı dəstəyinə görə təşəkkür edəcəyi bildirilir. Xanım Uells eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yüksək səviyyəli nümayəndələri ilə də görüşəcək.