02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kılıç: Qarabağda savaş bir gecəyə bitər, əgər...

09.10.2020

Azərbaycan ordusunun suriyalı döyüşçülərə ehtiyacı yoxdur.

Bunu Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç deyib. O bildirib ki, Türkiyə Azərbaycana suriyalı döyüşçü göndərməyib və ya maliyyələşdirməyib:

"Azərbaycan belə bir şey istəməyib. Onların yetərincə gücü və kifayət qədər əsgəri var. Azərbaycan Ordusunun özünü qoruması üçün suriyalı döyüşçülərə ehtiyacı yoxdur. İddiaların əksinə olaraq, güvənilir mənbədən aldığımız məlumata görə, Ermənistan Dağlıq Qarabağda ermənilərlə birgə vuruşmaq üçün PKK terror təşkilatının üzvlərindən istifadə edir. Onlar özləri Azərbaycana qarşı bu şəri atır ki, azərbaycanlı mülki vətəndaşların bombalanmasını ört-basdır etsinlər”.

Səfir onu da bildirib ki, Azərbaycanın hazırkı Qarabağ əməliyyatı son dərəcə qanunidir:

"Erməni rəhbərliyi Azərbaycanın uzun müddətdir hücuma hazırlaşdığı barədə açıqlamalar verərək, onları hücum edən tərəf kimi göstərməyə çalışır. Bu, doğru deyil. Minsk Qrupu 90-cı illərdə olduğu kimi, tərəflər arasında atəşkəs çağırışı edir, lakin problemin həlli üçün göstərdikləri səyin bu günə qədər heç bir nəticəsi olmayıb. Ermənistan BMT-nin çağırışını yerinə yetirsə və işğal olunmuş əraziləri qeyd-şərtsiz tərk edərsə, iki ölkə arasındakı qarşıdurmalar bir gecədə bitəcək”.