03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məktəb direktorundan hərbçilərimizlə bağlı ÇAĞIRIŞ - FOTO

08.10.2020

 "Şahinlər" və "Gənc Heydərçilər" hərbi-vətənpərvərlik düşərgələrinin rəhbəri, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov xalqımıza çağırış edib.

Əziz və mərhəmətli Azərbaycan xalqı !

Dövlətimiz ordumuzun şəxsi heyətinin məişət şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni edir, növbəli olaraq evlə təmin etməyə çalışır və ya evləri olmayan hərbiçilərimizə isə kirayə pulu verir.
Ancaq bəzi hərbiçilərimiz var ki, döyüşə getdikləri üçün kirayə ödənişinin dövlətdən alınmasına görə lazım olan sənədləri vaxtında verə bilməyib və yaxud sənədlər tam olmadığına görə KİRAYƏ PULU ala bilməmişdir.
Şanlı ordumuzun kirayə pulu ala bilməyən hərbiçilərinin qaldığı mənzillərin sahiblərindən xahiş edirik ki, müharibə qutarana qədər hərbiçi ailələrindən KİRAYƏ PULU almayaraq dölətimizə vətəndaş həmrəyliyi göstərmiş olaq.

#hərbirimizəsgərik