02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mərmi Ağdamda yaşayış evini yandırdı

08.10.2020

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağcabədi rayonunda vətəndaşa məxsus fərdi evdə yanğına səbəb olub. Əraziyə cəlb olunmuş FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Ağdam rayonunda düşmən artilleriyasının atdığı mərmi vətəndaşa məxsus köməkçi tikilinin yanar konstruksiyalarının alovlanmasına səbəb olub. Yanğınsöndürmə qüvvələri tərəfindən yaxınlıqdakı ev yanğından mühafizə edilib. Bundan əlavə, Ermənistan ordusunun atdığı mərmi səbəbindən Ağdam rayonunda digər vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə FHN-ə məlumat daxil olub. Düşmən tərəfindən ərazi intensiv atəş altında saxlanıldığından yanğına müdaxilə edilməsi mümkün olmayıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – "qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.