03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rihanna müsəlmanlardan üzr istədi - SƏBƏB

08.10.2020

Dünya şöhrətli ulduz Rihanna müsəlmanlardan üzr istəyib.

 Rihanna "'Savage x Fenty" adlı şəxsi markasının alt paltarı sərgisində içində hədis səsləndirilən musiqidən istifadə edib.

Bunun ardınca sərt tənqidlərə məruz qalan sənətçi müsəlmanlardan üzr istəyib. Bunun ehtiyatsızlıq ucbatından baş verdiyini bildirib:

"Şoumuzdakı qəsdən etmədiyimiz kobud bir səhvi bildirdikləri üçün müsəlmanlara təşəkkür edirəm. Bu ehtiyatsız səhvə görə həqiqətən sizdən üzr istəyirəm. Bir çox müsəlman bacı və qardaşlarımızı incitdiyimizi başa düşürük və narahatıq. Allaha, yaxud hər hansı bir dinə hörmətsizlik etmirəm. Mahnının səsləndirilməsi sadəcə məsuliyyətsizliyin nəticəsi olub. Artıq belə bir şeyin təkrarlanmayacağından əmin ola bilərsiniz. Bağışladığınız və anlayışınız üçün təşəkkür edirik",- deyə o, ifadə edib.

Qeyd edək ki, sərgidə "CouCou Chloe"nin "Doom" mahnısı səsləndirilmişdi.