02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu dəhşətli müharibədir, Aprel deyil, bağışlayın… - Ovannisyan

08.10.2020

Cəsədlərin toplanması, itkin düşənlərin siyahısının hazırlanması üçün böyük qrup fəaliyyət göstərir.

Bu sözləri Ermənistan müdafiə nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan deyib.

O, çoxsaylı ailənin sosial şəbəkədə oğlanlarının fotosunu yaymasına və itkin düşənləri axtarmalarına bu cür reaksiya verib:

"Cəbhədə şiddətli döyüşlər gedir. Bu, cəsədlərin axtarılmasını çətinləşdirir. Digər tərəfdən, komandirlər də ölənlərlə bağlı statistikanı apara və vaxtında bizə məlumat verə bilmirlər”.

Ovannisyan ölənlərin siyahısını açıqlayarkən "əllərində olan meyitlərə görə” davrandıqlarını da bildirib, övladlarını axtaran çoxsaylı ailələrdən isə üzr istəyib:

"Düzgün başa düşün: bu, tamamilə fərqli müharibədir, bu, sadəcə dəhşətdir - nə birinci müharibəyə (Birinci Qarabağ savaşı nəzərdə tutulur – red.), nə də Aprel savaşına bənzəyir. Biz əsgər valideynlərindən üzr istəyirik".