06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TƏCİLİ: Türkiyə hərbi əməliyyatlara başladı

07.10.2020

Türkiyə yeni hərbi əməliyyatlara başlayıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xüsusi Təyinatlı Jandarm Qüvvələri, Jandarm Komando, Xüsusi Təyinatlı Polis Qüvvələri və təhlükəsizlik mühafizəçilərinin iştirakı ilə payız-qış əməliyyatlarına start verilib.

Əməliyyatların gələn ilin 15 aprelinə qədər davam edəcəyi bildirilir.

Nazirlik kəşfiyyata əsaslanan nöqtə atışları ilə PKK terror təşkilatının mərkəzi kanallarını kəsmək, qış düşərgələrinin qarşısını almaq və təşkilat üzvlərinin təslim olmasını təmin etmək məqsədilə hərəkətə keçdiklərini qeyd edib.

Bu müddət ərzində müxtəlif miqyaslı 7 min 424 planlı əməliyyatın gerçəkləşdiriləcəyi nəzərdə tutulub.