09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran ali rəhbərinin müşaviri: “Hökumət olmasa, bu ölkə daha yaxşı idarə edilər”

26.06.2018

Belə görünür ki, hökumət olmasa, bu ölkə daha yaxşı idarə edilər.
"Dövran Media" xəbər verir ki, bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xameneinin hərbi məsələlər üzrə müşaviri, keçmiş müdafiə naziri  Yəhya Rəhim Səfəvi ölkədəki mövcud siyasi-iqtisadi vəziyyəti dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, hökumətin yaratdığı problemlər ölkə əhalisində bir sıra rahatsızlıqlar yaradır: "Bu hakimiyyətə qarşı etiraz aksiyalarının keçirilməsinə səbəb olur. Bazarda tacirlərin hakimiyyətə təzyiqi ölkədəki narahatlıqları göstərir".
O, İran hökumətinə başçılıq edən prezident Həsən Ruhaninin hədəf alaraq bildirib: "Belə görünür ki, hökumət olmasa, ölkəni daha rahat idarə etmək olar. Ali rəhbər nüvə məsələsi ilə bağlı müzakirələri dəstəkləmədi. Ancaq İran konstitusiyasına bağlılığını irəli sürən Həsən Ruhani hökuməti bu müzakirələrə icazə verdi".
Qeyd edək ki, ötən gün İranın Kərəc, Məşhəd, Bəndər-Abbas şəhərlərində və Keşm adasında milli valyutanın devalvasiyasına qarşı etiraz aksiyaları keçirilib. Aksiyaları kiçik ticarət obyektlərinin sahibləri təşkil ediblər. Sosial şəbəkələrdə etirazçıların həbsinin başlanması barədə məlumatlar yayılıb.
Bundan başqa, İran hökuməti 1339 adda məhsulun idxalını qadağan edib. Ticarət obyektlərinin sahibləri hökumətin bu qadağasına qarşı da etiraz aksiyası keçirib.