03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

2-3 həftə sonra ermənilərin heç nəyi qalmayacaq

07.10.2020

Ermənistanın Azərbaycanla müharibə aparması üçün sahib olduğu resurslar, o cümlədən silah-sursat və yanacaq 2-3 həftəlik döyüş əməliyyatlarına kifayət edəcək, sonra İrəvanın döyüşməyə heç nəyi qalmayacaq.

Bunu Rusiyanın "Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib. O bildirib ki, hazırda münaqişə zonasında erməni qoşunları ilə Azərbaycan qoşunları arasında Azərbaycan ərazisində tammiqyaslı döyüş əməliyyatları gedir:

"Bu, müharibədir. Mənim proqnozlarıma əsasən, Ermənistan iki-üç həftə müddətində eyni gərginlikdə döyüşlərə davam edəcək, daha sonra, heç bir xarici dəstək olmasa, onların resursları bitəcək.

Başa düşmək lazımdır ki, bu, müharibədir. Burada həm uğurlar, həm də uğursuzluqlar ola bilər. Hər şey Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları ağıllı planlaşdırmasından asılıdır. Hələlik, seçilmiş taktika, yəni əsgərlərin həyatını qorumaqla və yüksək dəqiqlikli silahlardan istifadə etməklə irəliləmək mümkün olub. Buna cavab olaraq isə Ermənistan Azərbaycanın dinc şəhərlərini atəşə tutur. Bu, hərbi cinayətdir”.