04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Livandan Ermənistana muzdlu döyüşçülər daşınır - FOTOFAKT

06.10.2020

Məlumatlı mənbələrdən verilən xəbərlərə əsasən, Livanın paytaxtı Beyrutdan qalxan təyyarə muzdlu döyüşçüləri Dağlıq Qarabağdakı münaqişə zonasına cəlb etmək məqsədi ilə Ermənistanın paytaxtı İrəvana daşıyıb.

"Airbus A320-232” təyyarəsinin Livandan Ermənistana uçuşu barədə məlumatlar dünyadakı təyyarələrin hərəkətini real vaxtda əks etdirən "Flightradar24” portalının məlumatları əsasənda da təsdiqlənir.

Mənbə yazır ki, bu fakt sübut edir ki, Ermənistan Yaxın Şərq bölgəsindəki "qaynar nöqtələr” dən olan terrorçu silahlılardan və muzdlulardan Azərbaycana qarşı istifadə edir və öz real itkilərini gizlətməyə çalışır.

Eyni zamanda, Ermənistan hakimiyyəti qeyd olunan faktı özündən uzaqlaşdırmaq üçün Azərbaycanı muzdlulardan istifadə etməkdə ittiham edir.