04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədən Kanadaya SƏRT CAVAB

06.10.2020

Türkiyə Xarici İşlər Nazirliyi Kanadanın Türkiyəyə bəzi hərbi məhsulların satmasına qadağa qoymasına sərt cavab verib.
Dövran Media  xəbər verir ki, Türkiyə XİN-in açıqlamasında qeyd olunub ki, Kanadanın Azərbaycanın 30 ildir Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək üçün verdiyi haqlı mübarizəni səbəb kimi göstərərək Türkiyəyə bəzi hərbi məhsulları ixrac etməsini təxirə salmaq barədə qərarı ikili standartdır:

"Kanadanın 21-ci əsrin ən böyük insanlıq dramlarından birinin yaşandığı Yəmənə hərbi müdaxilə edən ölkələrə silah satması regional təhlükəsizliyə dəstək kimi təqdim edilir. Lakin, bir NATO müttəfiqi olan ölkəyə müdafiə məhsulları satılmasına qadağa qoyulur. Bunun heç bir izahı yoxdur. Kanada "Barış Pınarı” əməliyyatımızdan bu günə qədər müttəfiqlik ruhuna uyğun gəlməyən formada bizə manelər törətməyə çalışır. Kanadadan gözləntimiz budur ki, ikili standartdan siyasəti yürütməsidir”.