04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran XİN-dən Ermənistana çağırış

05.10.2020

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə Ermənistanın Dağlıq Qarabağın işğalına son verməsi barədə çağırış edib.

Nazirlik rəsmisi keçirdiyi mətbuat konfransında qeyd edib ki, problemin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdır:

"İran problemin keçici yox, qalıcı bir şəkildə həll olunmasını istəyir. Azərbaycan torpaqlarının bütövlüyünə hörmət göstərilməli və işğalçılar ərazidən çəkilməlidir. Siyasi müzakirələr ən qısa müddətdə yenidən başlamalı, silahlar durmalıdır. Bu yanğının qısa müddətdə sönməsi üçün hamımız köməklik göstərməliyik.

İrandan Ermənistana hərbi maşınların heç bir şəkildə keçməsinə icazə verilmir. Bu, İran siyasətinə zidd olan bir şeydir”.