09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğanın yeni kabinetində kimlər olacaq?

26.06.2018

Türkiyədə keçirilən prezident seçkilərindən sonra yeni hökumətin təşkili ölkə gündəminə çevrilib.

"Dövran Media" xəbər verir ki, yeni hökumətin tərkibinə MHP-dən olan simaların da daxil olacağı ehtimal edilir. Qarşıdakı günlərdə nazir kürsüsünə sahib olmaq üçün bir neçə millət vəkilinin istefası gözlənilir.
Kabinetə daxil olmaq üçün istefası gözlənilən isimlər arasında Enerji və Təbii Sərvətlər naziri Barat Albayraq, Ailə və Sosial Siyasət naziri Fatma Bətül Sayan Qaya, Daxili İşlər naziri Süleyman Soylu, Ədliyyə naziri Əbdülhəmid Gül göstərilir.
Millət vəkilliyinə namizəd olmayan Baş nazirin müavini Məhməd Şimşək, Avropa Birliyi naziri Ömər Çelik, Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü, İqtisadiyyat naziri Nihat Zeybəkçi və Maliyyə naziri Naci Ağbal kimi şəxslərdən (xüsusilə, Şimşək, Ağbal və Çelikin) də yeni kabinetdə təmsil oluna biləcəyi qeyd olunur.
Baş nazir Binəli Yıldırımın da yeni hökumət sistemində vəzifə sahibi ola biləcəyi bildirilir. Yıldırımın adı TBMM sədrliyi, sədr müavini və İstanbul bələdiyyəsinin rəhbəri kimi vəzifələrdə hallanır.