04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu, Vətən müharibəsidir? - Ziyalılar danışdı

05.10.2020

Prezidentin köməkçisi Hikmət Hacıyev açıqlama və bəyanatlarında Qarabağda baş verən döyüşləri Vətən müharibəsi adlandırıb.

Bəzi ekspertlər isə bu döyüşləri həm də "antiterror əməliyyatı” və ya "İkinci Qarabağ savaşı” kimi də qiymətləndirir.

Bəs, tanınmışlar nə düşünür?

Sorğunu təqdim edirik.

Millət vəkili, yazıçı Aqil Abbas: Bu, Böyük Vətən müharibəsidir. "İkinci Qarabağ savaşı” adlandırmaq düzgün deyil. Çünki Qarabağ müharibəsi bitməyib ki, bunun birincisi, ikincisi olsun.

Deputat Fazil Mustafa: Bu savaş Vətən müharibəsi olaraq adlandırılmalıdır. Amma müəyyən anti-terror əməliyyatı anlayışı da bu müharibənin içində var.

Deputat Elman Məmmədov: Bu müharibə işğal edilmiş Vətən torpaqlarımızın azad edilməsidir. Ona görə də mən onu Vətən müharibəsi adlandırıram. Bunu "İkinci Qarabağ savaşı”, "antiterror əməliyyatı” da adlandırmaq mümkündür. Bu savaşın ən düzgün adı isə Böyük Vətən müharibəsidir. Hazırkı müharibə Vətənimizin azadlığı uğrunda aparılan müqəddəs savaşdır.

Deputat Vahid Əhmədov: Bu müharibəni birmənalı olaraq Vətən müharibəsi adlandırmaq daha düzgündür. Nə olursa-olsun, biz torpaqlarımızı işğaldan azad edəcəyik. Suqovuşan və Cəbrayılın işğaldan azad edilməsindən sonra ermənilər daha da azğınlaşıblar. Mülki insanlarımızı, Qarabağ cəbhəsindən xeyli uzaqdakı rayonlarımızı, şəhərlərimizi vurmağa cəhd göstəriblər. Bu mənada, hazırkı savaş Vətən müharibəsidir.

"Yeni Müsavat” media Qrupunun rəhbəri Rauf Arifoğlu:

"Dövlətimiz artıq bunu Vətən müharibəsi adlandırıb. Yenidən bunu təftiş etmək doğru deyil. Bu elə Vətən müharibəsidir!”