04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Komandan: "Əsgərlərimiz düşməni iti qovan kimi qovur"

04.10.2020

"Mənim şərtim birdir. Çıxsın bizim torpaqlardan. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”.

Bunu Azərbaycanın Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

"Desin ki, Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Və sonuncu şərt – qrafik versin. İşğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli versin bizə. Onda biz, əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik”, - Prezident vurğulayıb.

"Hesab edirdilər ki, biz bununla barışacağıq. Ancaq biz göstərdik kim kimdir. Azərbaycan əsgəri onları iti qovan kimi qovur. İşğal edilmiş torpaqlarda Azərbaycan bayraqları qaldırılır. Onların səngərlərində Azərbaycan əsgəri dayanır, onların postları bizim əlimizdədir. Onların tanklarını biz sürürük, onların digər silahlı texnikası bizim əlimizdədir”.

Bunu Prezident İlham Əliyev xalqa müraciəti zamanı deyib.