03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Rusiya və İranın münasibəti dəyişir” - Ekspert

03.10.2020

"Azərbaycanın ədalətli mübarizəsində bu gün hər mənada onun yanında olan yalnız Türkiyədir”.

Bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı son gəlişmələrə diqqət çəkib:

"Son iki gündə Rusiya və İranın Azərbaycana münasibətinin loyallaşması geosiyasi konturları dəyişmək istəyinin əlaməti ola bilər. Belə ki, Rusiyanın Gürcüstan, Ermənistan və Azərbaycan üzərindən Yaxın Şərqə çıxışı Qarabağda gedən döyüşlər səbəbindən alınmaya bilər, çünki həmin Şimal - Cənub nəqliyyat dəhlizinin əsas seqmentlərindən biri olan Xudafərin qovşağı Cəbrayıl rayonunun ərazisindədir.

Azərbaycanın həmin rayonu nəzarətə götürəcəyi halda da proyekt tam iflasa uğraya bilər. Odur ki, Rusiyanın alternativ variant kimi Dağıstan - Azərbaycan - İran marşrutunu nəzərdən keçirdiyi istisna deyil.

Amma buna nail olmaq üçün də Azərbaycanın öz torpaqlarını azad etmək istəyinə tam dəstək verilməsi vacib şərtə çevrilir. Görünür Moskvada və Tehranda düşünürlər ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləmək ölkədə ictimai rəyi bu iki ölkənin xeyrinə dəyişə bilər.

Amma bu, zənnimcə, bir qədər yanlış hesablamadır, çünki Azərbaycanın ədalətli mübarizəsində bu gün hər mənada onun yanında olan yalnız Türkiyədir, azərbaycanlıların da Rusiya və İranı nə vaxtsa bu ölkədən üstün tutacağı inandırıcı deyil”.