03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ordu üçün toplanan MƏBLƏĞ AÇIQLANDI

03.10.2020

Silahlı Qüvvələrə Yardım Fonduna cari il oktyabrın 1-dək toplanan vəsait açıqlanıb.

Müdafiə Nazirliyinin məlumatına görə, fonda 120.106.408,24 AZN, 218.680,68 ABŞ dolları, 18.341,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edilib ki, sentyabrın 1-dən oktyabrın 1-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 6.691.593,07 AZN və 5102.8 ABŞ dolları vəsait daxil olub.

Fond Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilib. 

Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.