03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı Fransanın separatçılarla mübarizəsinə qarışırmı?

02.10.2020

Fransanın öz ərazisində anti-terror əməliyyatları aparmasına Azərbaycanın qarışmadığı kimi, Fransanın da Azərbaycanın öz suveren ərazilərini işğalçılardan, terrorçulardan təmizləməsinə qarışmaq haqqı yoxdur.

Bu barədə Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bugünkü plenar iclasında deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Mən Makrona söylədim ki, tarixi bilgin zəifdir” sözlərini xatırladan Qənirə Paşayeva bildirib ki, Makronun yalnız tarixdə deyil, digər sahələrdəki bilgisi də yetərli deyil.

"Fransa Prezidentinın belə ədalətsiz mövqeyi işğalçı Ermənistanı xilas edə bilməyəcək və Azərbaycan xalqı öz Ali Baş Komandanının, Ordusunun yanında olaraq, işğala son verəcək”, - deyə o qeyd edib.

Bundan əlavə, deputat Rusiyanın bir sıra telekanallarında antiazərbaycan təbliğatı aparıldığını vurğulayaraq, Rusiyada nüfuz sahibi olan azərbaycanlı ziyalıları, iş adamlarını haqlı mövqe bildirməyə, o cümlədən Rusiya vətəndaşı olan çoxsaylı soydaşlarımızı belə hallara qarşı öz etiraz səslərini ucaltmağa dəvət edib.

Millət vəkili güneyli soydaşlarımıza da müraciət edərək, Tovuz hadisələrindən bəri ardıcıl xarakter almış Rusiya-İran-Ermənistan marşrutu üzrə hərbi silah-sursatın daşınmasını durdurmaq üçün qanuni etiraz hüququndan istifadə etməyə çağırıb.