27 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Döyüşmək üçün 10 mindən çox müraciət var - RƏSMİ

30.09.2020

On minlərlə azərbaycanlı Müdafiə Nazirliyinə (MN) müraciət edərək, könüllü olaraq əsgərlərimizlə birlikdə döyüşə qatılmaq istədiklərini bildiriblər.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi qələbələr xalqımızın döyüş ruhunun yüksəlməsinə səbəb olub.

"Müdafiə Nazirliyinin rəhbərliyi adından hər kəsə Azərbaycan əsgərinə mənəvi dəstək olduqlarına görə, təşəkkür edirik. Döyüşlərə qoşulmaq istəyən hər kəsə aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmələrini tövsiyə edirik. Qələbə bizimlədir”.