23 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Beynəlxalq Bank Orduya 1 milyon manat köçürdü

30.09.2020

İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşən ordumuza dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankı Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb.

Bu barədə Beynəlxalq Bankdan məlumat verilib.

Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi silahlı qüvvələrimizin müasir tələblərə uyğun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin təşkilinə köməkdir.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı korporativ sosial məsuliyyətindən irəli gələrək bu ilin martında Koronavirusla Mübarizəyə Dəstək Fonduna da 2 milyon məbləğində ianə ayırıb.

Bundan başqa, bank pandemiyaya qarşı mübarizə üçün xaricdən ölkəmizə tibb mütəxəssislərinin gətirilməsinə də dəstək verib. Bankın maliyyə dəstəyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə qardaş Türkiyənin "Acıbadem” xəstəxana və tibb mərkəzləri qrupundan mütəxəssislər cəlb olunub.

Ölkəmizin böyük kommersiya qurumlarından biri olaraq Azərbaycan Beynəlxalq Bankı korporativ sosial məsuliyyət layihələri çərçivəsində bu cür tədbirləri bundan sonra da davam etdirəcək.