19 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Fransada Ermənistanı pisləyənlər də var

30.09.2020

Fransanın paytaxtı Paris şəhərində fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycan torpaqlarında genişmiqyaslı hərbi əməliyyatlara başlamasını sərt şəkildə pisləyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, fəxri millət vəkili Jan Fransua Manselin imzaladığı bəyanatda bildirilir ki, Azərbaycan öz hüquqlarını müdafiə edir və yaranmış vəziyyət beynəlxalq birliyin ətalətinin nəticəsidir: "Beynəlxalq hüquq normalarını və BMT qətnamələrini pozaraq Dağlıq Qarabağı işğal edən Ermənistan növbəti dəfə təxribat törədib və ciddi toqquşmalar baş verib. Bu vəziyyət, təəssüf ki, münaqişəni nəzarətә aldıqdan sonra heç vaxt beynəlxalq hüquqa uyğun həll təklif edə bilməyən beynəlxalq birliyin ətalətinin nəticəsidir".

Qeyd edilib ki, Assosiasiya uzun illərdir bu münaqişənin dondurulmamasını, Ermənistanın işğal etdiyi əraziləri azad etməli olduğunu bildirir. Bu istiqamətdə heç bir addım atılmasa yeni faciəlәr baş verәcәk. Fransa bu məsələdə öz sözünü deməlidir.