09 05 2024-cu il Bakı ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-ın Bell-412 helikopterləri BAKIDA: İrəvanın qorxulu yuxusu + VİDEO

26.06.2018

Azərbaycan Hərbi Hava Qüvvələrinə verilən ABŞ istehsalı Bell-412 helikopterlərinin iyunun 26-da Bakıda keçiriləcək hərbi paradda nümayiş etdiriləcəyi ilə bağlı xəbərin Ermənistanda müzakirəsi davam edir.

"Dövran Media" xəbər verir ki, Ermənistan güclü erməni lobbisinin olduğu ABŞ-ın istehsal etdiyi təyyarənin 907-ci düzəlişə (Azərbaycana silah satılması ilə bağlı qadağa) rəğmən, Bakı tərəfindən əldə edilməsinin sirrini çözə bilmir.
Erməni şərhçi Akop Badalyan yazır ki, Azərbaycan bu helikopterləri Türkiyə, yaxud Səudiyyə Ərəbistanından ala bilər.
"Azərbaycanın nə qədər belə helikopterinin olduğu aydın deyil. Lakin məsələ ondadır ki, Ermənistan ABŞ istehsalı olan bu helikopterlərin hansı ölkə tərəfindən Azərbaycana satılmasını "təqib edə” bilməz. Çünki Ermənistanın müttəfiqi olan Rusiya Azərbaycanla geniş hərbi əməkdaşlıq edir. Bu günlərdə isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü Belarus 300 kilometr hədəfi vura bilən raketləri ("POLONEZ”) Azərbaycana satdı. Bu situasiyada hansısa ölkəni Azərbaycana ABŞ istehsalı olan silahı satdığına görə qınamaq absurddur. Çünki onlar dərhal Ermənistana öz müttəfiqlərinin addımlarını nümunə göstərəcəklər”, - deyə erməni şərhçi qeyd edib.
Erməni politoloq Suren Sarkisyan Bell-412 helikopterlərinin Azərbaycanın Hərbi Hava Qüvvələrinin gücünü daha da artıracağını hesab edir: "Bu helikopterlər təkcə daşıma, yaxud xilasetmə üçün deyil, həm də döyüş şəraitində istifadə edilə biləcək, böyük manevr qabiliyyətinə malik olan mobil texnikadır”.
Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil olan Bell-412 helikopterlərindən iki vahidi bu gün "Azadlıq" meydanında keçirilən hərbi paradda nümayiş etdiriləcək.