25 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğanla Conson arasında kritik Qarabağ MÜZAKİRƏSİ

29.09.2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı tərəflər başda Şərqi Aralıq dənizi regionundakı vəziyyət və Ermənistanın Azərbaycana hücumu nəticəsində regionda yaranan gərginlik olmaqla regional məsələlər müzakirə edilib.

Ermənistanın Azərbaycana qarşı hücumları nəticəsində başlayan qarşıdurmalara toxunan Rəcəb Tayyib Ərdoğan bölgədə sülh və sabitliyə nail olmaq üçün Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmalı olduğunu qeyd edib.