09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yenilik: Ələ ödəniş çipi yerləşdirilir - VIDEO

26.06.2018

İsveç sakinləri elmi fantastik romanlarda təsvir olunan uzaq gələcəyə qədəm qoyub. Ölkədə insanların kütləvi "çipləşdirilməsi”, yəni ödənişlər və identifikasiya üçün kiçik mikrosxemlərin ələ daxil edilməsi proseduru həyata keçirilir.

"Dövran Media" xəbər verir ki, 3500-ə yaxın isveçli artıq bu prosedura könüllü olaraq qoşulub.

Dərialtı çip xüsusi tapançanın köməyi ilə böyük və işarə barmağının arasında olan sahəyə daxil edilir.

Cihaz eyni vaxtda bir neçə funksiyanı yerinə yetirir: elektron pul kisəsi, nəqliyyatda ödəniş kartı, ofis və ya mənzilə giriş üçün identifikasiyalı açar.

Texnologiya eyni zamanda dövlətin işinə yarıyır. Belə ki, çip quraşdırılan insanlar avtomatik olaraq xüsusi xidmət orqanlarının sisteminə düşür. Onların yerini istənilən vaxt müəyyən etmək olur.