18 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Bakıda yanğın - 7 sakin təxliyə edildi

29.09.2020

Bakıda doqquzmərtəbəli binada yanğın olub. 

Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yüksək temperaturdan binanın dördüncü mərtəbəsində olan mənzilin pəncərə çərçivəsi qismən əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2-si azyaşlı olmaqla 7 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.