25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransa mətbuatı Ermənistanın hərbi təxribatlarından yazır

29.09.2020


Fransanın aparıcı mətbuat orqanlarında, radio və televiziya kanallarında Ermənistanın son hərbi təxribatlarına dair məlumatlar verilir.

"Le Monde”, "Le Figaro”, "La liberation”, "Le Point” portallarında, eləcə də "France culture” radiosunda, "Franceinfo”, M6 televiziya kanallarında son günlər Dağlıq Qarabağdakı döyüşlər haqqında məlumatlar yayımlanır.

İnformasiyalarda Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində Azərbaycan Ordusunun öz ərazisində döyüşməsinə, ölkəmizin ərazi bütövlüyünü qorumasına, haqq işi uğrunda mübarizəsinə dair fikirləri yer alıb.

Bildirilir ki, döyüşlər zamanı hər iki tərəfdən hərbçilər, eləcə də mülki əhali arasında itkilər olub. Otuz ildir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 30 mindən çox insan həlak olub, 1 milyon azərbaycanlı doğma yurdundan didərgin salınıb.

Televiziya kanallarında ekspertlər iki ölkənin iqtisadi durumunu da müqayisə edərək, Azərbaycanın regionda daha güclü orduya malik olduğunu xüsusi vurğulayırlar.