27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Sualtı “Wi-Fi” da çıxdı

26.09.2020

"Hydromea" şirkətinin tədqiqatçıları "LUMA" adlı yeni simsiz məlumat ötürmə texnologiyası yaradıblar.

Dövran Media "ICTnews"a istinadən xəbər verir ki, "LUMA" iş prinsipinə görə "Li-Fi" texnologiyasına bənzəyir. Burada rəqəmli siqnal işıq mənbəyi parıldamasında kodlaşdırılır. O, ikinci qurğuda həssas fotoelement tərəfindən qəbul edilir. Bunun üçün səthdə ağ, sarı rəng və infraqırmızı şüadan, suyun altında isə yaşıl və ya göy rəngdən istifadə olunur.

"LUMA" texnologiyası dənizin 4,3 km dərinliyində sınaqdan keçirilib. Avadanlıq şəffaf plastikdən ibarət germetik korpusa yerləşdirilib. İdeyaya görə, o, 6 km dərinlikdə təzyiqə dözməlidir. Ötürücünün əhatə radiusu 50-100 metrə bərabərdir.

Məlumata görə, bu, məlumatların dəniz dibindən birbaşa səthə ötürülməsi üçün kifayət etmir. Lakin xüsusi robot sualtı sensorlardan yan keçərək bütün lazımi informasiyanı əldə edə, daha sonra onu insanlara ötürə bilər. İndiyədək bunun üçün cihazlar səthə çıxarılıb.