03 05 2025-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Türk ölkəsində konstitusiya dəyişikliyi: İkipalatalı sistem...

25.09.2020

Türkmənistanın Xalq Şurası ikipalatalı parlamentin yaradılması üçün Konstitusiyaya düzəlişləri təsdiqləyib.

Bu məlumatı Türkmənistanın dövlət agentliyi yayıb. Dəyişikliyə əsasən, parlamentin yuxarı palatası Xalq Şurası, aşağı palatası isə Məclis adlanacaq.

Xalq Şurasında 5 vilayətin və Aşqabadın nümayəndələri toplanacaq. Onlar vilayət şuralarının iclasında məxfi səsvermə ilə seçiləcəklər. Bundan başqa palataya prezident 8 nümayəndə göndərəcək. Ümumilikdə Xalq Şurasında 56 deputat yer alacaq. Üstəlik, Türkmənistanın bütün eks-prezidentləri Xalq Şurasının üzvü olacaqlar.

Başqa bir düzəlişə əsasən, Türkmənistan prezidenti səlahiyyətlərini icra edə bilməyəcəyi təqdirdə onun səlahiyyətləri Xalq Şurası sədrinə keçəcək.

Məclisdə isə 125 deputat yer alacaq. Aşağı palata həmçinin dövlət büdcəsinin təsdiqi, seçkinin təyini məsələlərinə baxacaq.

Yeni Konstitusiya 2021-ci il yanvarın 1-də qüvvəyə minəcək.