26 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu ixtisas qruplarının keçid balları artdı – Ekspert

24.09.2020

Bu il daha çox III və V ixtisas qrupu üzrə keçid ballarında artım müşahidə edilib.

Bunu qruplar üzrə keçid ballarındakı dəyişiklik barədə danışan təhsil eksperti Elçin Əfəndi deyib. O bildirib ki, ixtisas qrupları arasında daha çox II qrupda balların aşağı enməsi müşahidə edilib:

"Ümumilikdə V qrup istisna olmaqla, 550 baldan yuxarı keçid balı olan ixtisaslarda ballar aşağı enib. Keçid balı 200-500 arası olan ixtisaslarda isə gərginlik var. Yəni onlarda həm keçid ballarının artımı, həm də aşağı düşməsi müşahidə edilir.

Qruplar arasında ən çox artım V ixtisas qrupundadır. Bu qrupa daxil olan ixtisasların bəzilərində keçid balları 70-80 bal artıb. Bunun da səbəbi pandemiya ilə əlaqədar qabiliyyət imtahanın ləğv olunması idi. Əsasən təsviri incəsənət, musiqi, fiziki tərbiyə müəllimliyi və çağırışa qədər hərbi hazırlıq, eyni zamanda dizayner ixtisasları üzrə qabiliyyət imtahanı keçirilmədiyi üçün təəssüflər olsun ki, bu ixtisaslarda keçid ballarının qalxmasını müşahidə etdik”.