09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Almaniyada Bin Ladenin cangüdəni TUTULDU

25.06.2018

Almaniyanın Bohum şəhərində "Əl-Qaidə” terrorçu qruplaşmasının keçmiş lideri Usama Bin Ladenin sabiq cangüdəni A. Sami polis tərəfindən saxlanılıb.

"Dövran Media" xəbər verir ki, bu haqda "Der Westein” məlumat yayıb.
Həmin şəxsin polis müstəntiqlərinin apardığı növbəti dindirilmədən sonra həbs olunduğu bildirilir. Həbsin təfərrüatı barədə açıqlama verilmir.
Sami Almaniyada 1997-ci ildən bəri yaşayır və dövlətdən təqaüd alır.
Almaniya federal miqrasiya agentliyi onu 2006-cı ildə deportasiya etməyi planlaşdırsa da, 2017-ci ilin aprel ayında məhkəmə ona ölkədə sığınacaq verilməsinə razılaşıb. Məhkəmə belə bir nəticəyə gəlib ki, o Tunisə qaytarılsa, ölkədə işgəncələrə məruz qala bilər.
Qeyd edək ki, Bin Ladenin keçmiş cangüdəni Almaniyada ən təhlükəli insanların siyahısına daxil edilib.