26 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"İsa peyğəmbər" həbs edildi

24.09.2020

Sibirdə özünü "yenidən dünyaya gəlmiş İsa” adlandıran və minlərcə müridi olan təriqət lideri həbs edilib.

Sergey Torop adlı təriqət liderinin həbsi üçün Rusiya polisi xüsusi əməliyyat planı hazırlayıb. 30 ildir təriqət lideri kimi dini fəaliyyət göstərən Toropun bundan əvvəl yol polisi zabiti olduğu qeyd edilir. Onunla bərabər daha iki köməkçisinin də həbs olunduğu vurğulanır.

Özünü "İsa peyğəmbər” adlandıran Torop qeyri-qanuni dini təşkilat yaratmaqda ittiham olunur. O, 1989-cu ildə özünün Son Axirət Kiləsini qurduğunu etiraf edib.