15 04 2021-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
14/04/2021
13/04/2021

“Azərsu”-dan elektron xidmətlər sahəsində yenilik

24.09.2020


"Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) sentyabrın 24-də "e-su.az” elektron xidmətlər portalının təqdimatını keçirib.

ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Emil Əhmədov portalın faydaları, üstünlükləri, əlçatanlığı və operativliyi barədə danışıb. Qeyd edib ki, portalın yaradılmasında məqsəd pandemiya şərtlərinə uyğun olaraq abonentin sayğac göstəricilərini nəzarətçilərin mənzillərə gəlmədən sistem üzərində əks olunmasını təmin etməkdir.

E.Əhmədov əlavə edib ki, şikayətçilər öz problemlərinin həllinin hansı mərhələdə olduğunu da portal vasitəsilə izləyə biləcəklər.