25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Naxçıvanda manqa komandirləri ilə toplantı - VİDEO

24.09.2020

"Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən mühəndis ixtisaslı manqa komandirləri ilə təlim-metodiki toplantı keçirilib.

Toplantıda əsas diqqət ixtisas və taktiki-xüsusi hazırlıq üzrə məşğələlərə yönəldilib.

Məşğələlər zamanı səhra şəraitində avtomobil texnikalarının maskalanma üsul və vasitələri, silahlanmada mövcud olan müasir mina əleyhinə qoruyucu istehkam kostyumları və minaaxtaranlar, ön xəttin qarşısında qurulacaq partlamayan piyada və tank əleyhinə mühəndis maneələrinin nümunələri, döyüş və avtomobil texnikalarının səngərləri və daldalanacaqları, "Pomnis-2” mina sahalərindən keçidaçma qurğusunun taktiki-texniki xüsusiyyətləri və iş prinsipi, mühəndis-müşahidə postlarından düşmənin, ərazinin və obyektlərin mühəndis kəşfiyyatının aparılması qaydaları nümayiş etdirilib.

Yekunda toplantıya cəlb edilmiş heyətdən fiziki və ixtisas hazırlığından məqbullar götürülüb.