25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni deputat: "Müharibənin başlamaması üçün Allaha dua edirik"

23.09.2020

"Biz Azərbaycanla genişmiqyaslı müharibənin başlamaması üçün Allaha dua edəcəyik".

Bunu "Sarukyan” qrupunun üzvü, deputat Naira Zoqrabyan deyib. O, Qarabağ probleminin sülh yolu ilə həllini arzu etdiklərini qeyd edib.

"Mən düşünürəm ki, vəziyyətin gərginləşməsinə yol vermək olmaz. Müharibə bizim üçün dağıdıcı olacaq. Hər ölüm bir fəlakətdir. Hər ölüm bizi sülh prosesindən bir addım daha uzaqlaşdırır".

Onun sözlərinə görə, hazırkı hakimiyyət danışıqlar prosesini dalana dirəyib. "Onların nə mexanizmi, nə fəaliyyəti, nə də münaqişənin həlli ilə bağlı bir baxışı var. Bu, normal sülh danışıqları prosesinə mane olur. Biz hakimiyyət tərəfindən hər hansı addımın atıldığını görmürük".

Erməni deputat deyib ki, hazırda xalqın özü də Dağlıq Qarabağla bağlı hansı siyasətin yürüdüldüyünü anlamır.