09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident: "Azərbaycan və Rusiya arasında konstruktiv münasibətlər mövcuddur"

25.06.2018

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Dövran Media"nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, V. Volodin görüşdə bildirib ki, Rusiya və Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir.
V. Volodin deyib ki, Rusiya və Azərbaycan münasibətləri strateji tərəfdaşlıq kimi xarakterizə edilə bilər: "Əlbəttə, biz həmişə bu münasibətlərdə prezidentimiz Putin və Sizin rolunuzu qeyd edirik. Sizin bu ilin aprelində keçirilən prezident seçkilərində inamlı qələbə qazanmağınız xalqın sizin həyata keçirdiyiniz kursa, o cümlədən xarici siyasətə dəstəklədiyini göstərir".
Prezident İlham Əliyev də dövlət başçılarının görüşlərinin ölkələr arasında münasibətlərin bütün istiqamətlərdə möhkəmləndirdiyini vurğulayıb. Dövlət başçısı parlamentlər arasında dialoqun vacib olduğunu da qeyd edib: "Azərbaycan və Rusiya bir çox sahələrdə əməkdaşlıq edir. Azərbaycan və Rusiya arasında çoxistiqamətli və konstruktiv münasibətlər mövcuddur. Əlbəttə, parlamentlər arasında əməkdaşlıq da vacibdir. Biz beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik, beynəlxalq platformalarda həmişə bir-birimizi dəstəkləyirik. Bu da ölkələrimiz arasındakı inamlı münasibətin göstəricisidir".