26 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazirlər Kabinetinin qərarı QÜVVƏYƏ MİNİR - 300 dollarlıq limit

20.09.2020

Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dəyişikliklərlə bağlı 305 saylı qərarı qüvvəyə minir.

Bu dəyişikliyə əsasən, vətəndaşın şəxsi məqsədlər üçün bir ay ərzində xaricdən poçt vasitəsilə sifariş etdiyi bağlamanın dəyəri 300 dollarlıq limiti keçməməlidir.

Bağlamanın dəyəri 300 dollardan artıq olanda isə gömrük rüsumları tətbiq olunacaq. İndiyə kimi isə bu limit 1000 dollar idi.

Nazirlər Kabinetinin bu qərarı ölkədə ciddi narazılıqla qarşılanıb. Qərar bu gündən qüvvəyə minir.