26 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA

19.09.2020

"Bakı metrosundan istifadə edən sərnişinlərin karantin qaydalarına əməl etmələri xahiş olunur. Əks təqdirdə bu, metronun fəaliyyətinin yenidən bağlanmasına şərait yarada bilər".

Bunu mətbuata açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O deyib ki, metropolitenin bütün stansiyalarında karantin qaydalarına riayət edən və etməyən sərnişinlərə rast gəlinir:

"İstər metropoliten əməkdaşları, istərsə də polislər sərnişinlərə platformalarda tibbi maskaları təyinatına uyğun şəkildə taxmalarını tövsiyə edir. Tibbi maskanın istifadə qaydası yuxarı tənəffüs yollarının qorumaqdır. Əgər sərnişin maskanı çənəsinin altında saxlayırsa və ya burnunun bağlamayacaq şəkildə taxırsa, onun heç bir mənası olmur. Bu, sadəcə aksessuar çevrilir.

Biz bütün sərnişinlərdən xahiş edirik ki, maskaları təkcə platformalarda deyil, qatarlara minəndə də təyinatına uyğun taxsınlar. Çünki maskadan istifadə etməmək virusun yayılmasına şərait yaradır. Bu isə maskadan istifadə edən sərnişinlərin haqlı narazılığına səbəb olur"