Xərçəngin düşməni olan QİDALAR
18.09.2020
Xərçəng dünyada ən çox insan ölümünə səbəb olan bəlalardan biridir.
Stres, ətraf mühitin mənfi təsirləri, qeyri-sağlam qidaların rasiona daxil olması son dövrlərdə bu xəstəliyə yoluxanların sayını həm artırıb, həm də xəstəliyi gəncləşdirib. Bu xəstəlikdən qorunmaq üçün isə mütəxəssislər sağlam həyat tərzi keçirməyi daha çox məsləhət görürlər.
Əsrimizin bəlası hesab edilən xəstəliyin ən çox rast gəlinən növlərindən biri də süd vəzi xərçəngidir. Aparılan bir çox araşdırma sağlam qida-meyvə-tərəvəz qəbulu ilə xərçəng arasında əlaqənin olduğunu üzə çıxarıb. Bəzi məhsullar bu problemlə qarşılaşma riskini azaldır, ömrü uzadır, müalicə prosesinin müsbət təsirini artırır, xəstə hüceyrələrin yayılmasının qarşısını alır. Bəs bu məhsullar hansılardır?
Soya tərkiblilər - quru lobya, noxud, yaşıl noxud
Meyvələrdən - limon, portağal, manqo, qreypfrut, alma
Tərəvəzlər - brokoli, brüssel kələmi, gül kələm, çuğundur
Ədviyyatlar - zəncəfil, sarımsaq, çörək otu, qırmızı və qara istiot, zəfəran
Sağlam şəxslərə süd vəzi xərçəngi riskini azaltmaq üçün bu məhsullardan istifadə tövsiyyə edilir. Xəstəliklə mübarizə aparanlar isə kimyaterapiya zamanı dərmanlarla qarşılıqlı təsirləri barədə həkimlə məsləhətləşməlidirlər.