26 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaponiyada ən hündür göydələn 390 metr olacaq

18.09.2020


Tokionun mərkəzində inşa edilən ən hündür Yaponiyanın göydələninin planı layihənin müəllifi olan şirkətlər tərəfindən ictimaiyyətə təqdim olunub.

Göydələn 390 metr hündürlükdə olacaq. Layihənin müəllifi olan "Mitsubishi Estate” şirkəti və onun tərəfdaşları kompleksi 2027-ci maliyyə ilində istifadəyə verməyi planlaşdırırlar. Bildirilir ki, "Tokio” stansiyasının yaxınlığında yerləşəcək "Tokyo Torch” adlı kompleksin ümumi sahəsi 30 min kvadratmetr olacaq.

Göydələnin yerin üst hissəsində 63 mərtəbənin olacağı qeyd edilir. Burada mehmanxana, böyük zal və rəsədxana yerləşəcək.

Kompleksin ətraf məkanının ilkin layihədə nəzərdə tutulduğundan daha geniş olacağı bildirilir. Layihənin müəllifləri bunu koronavirus pandemiyası ilə əlaqədar daha çox açıq məkana ehtiyac yaranması ilə izah edirlər.