25 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Almaniyada vəziyyət GƏRGİNLƏŞİR

18.09.2020


Bu yay uğurlu mübarizə, ocaqların lokallaşdırılması və koronavirus xəstəliyinə düçar olmuş almanların ümumi statistikasının minimallaşdırılması kimi yadda qalıb. Payız, deyəsən, tarixə virusun insan cəmiyyətinə qarşı "əks-hücumu” dövrü kimi düşəcək. Bu, Almaniyaya da aiddir.

Bu ölkədə təkcə son gündə yoluxanların sayı 2094-ə çatıb. Hərçənd bir gün əvvəl, testə müsbət reaksiya 1827 yeni xəstədə təsbit edildi.

Əslində dünən antirekord qeydə alındı. Bundan əvvəl yoluxanların sayında ən kəskin artım 2069 yeni yoluxma halının aşkar edildiyi aprelin 24-də qeydə alınıb.

Ötən gün ərzində koronavirus Almaniyanın üç sakininin ölümünə səbəb oldu və nəticədə qurbanların sayı 9457 nəfərə çatdı.

Hazırda Almaniyada 20087 nəfər COVID-19 virusunun aktiv daşıyıcısıdır.

Ümumilikdə, Almaniyada koronavirus 269.042 nəfərə "toxuna bilib”.