26 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əfsanəvi astronom vəfat edib

18.09.2020


Dünya astronomiyasına ağır itki üz verib. Praqada, iki metrlik aynalı ən böyük teleskopun yaradıcısı Lyuboş Perek evində dünyasını dəyişib.
Alim, ulduz dinamikası və planetar dumanlıqlar sahəsindəki araşdırmaları ilə məşhurlaşıb. Qalaktikada ulduzların və qazın kütləvi paylanması üçün modellər hazırlayıb. Kosmik tullantılar problemi də onu eyni dərəcədə narahat edirdi.
Lyuboş Perek Azərbaycanın dostu idi və fəxri qonaq kimi ölkəmizin Çex Respublikasındakı Səfirliyi tərəfindən keçirilən tədbirlərdə iştirak edirdi.
Alim bu il 102 yaşını qeyd etdi. Asteroidlərdən biri onun adını daşıyır.