26 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Belarus iki ölkə ilə sərhədlərini bağladı

18.09.2020

Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın sərhədlərinin bağlanması haqqında bildirib.

Bu barədə "Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə, sərhədlər Polşa və Litva ilə bağlanacaq. Belarus lideri vurğulayıb ki, bu qərar məcburiyyət üzündən qəbul edilib.

Lukaşenkonun sözlərinə görə, "ordunun yarısını qərb sərhədində saxlamalı, küçələrdən çıxarmalı idi".

Daha əvvəl ölkə prezidenti qeyd edib ki, Belarus ordusunun yarısı qərb sərhədində yerləşdirilib. O, dəfələrlə Belarusu NATO qoşunlarının yerləşdiyi Polşa və Litva ərazisindən hərbi təcavüzün təhdid etməsi barədə xəbərdarlıqla çıxış edib.