26 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qurban Məmmədov son anda qurtuldu - İstanbuldan Londona təcili uçuş

17.09.2020

Azərbaycan Baş Prokurorluğunun beynəlxalq axtarışa verdiyi Qurban Məmmədovun Türkiyədə saxlanıldığına dair xəbərlər yayıldı. Ardınca oğlu Qoşqar Məmmədov bunu təkzib etdi və atasının Londonda olduğunu bildirdi. Halbuki, Məmmədovun Türkiyədə saxlanıldığı xəbərini də elə oğlu yaymışdı. 

Demokrat.az Qurban Məmmədovla bağlı əslində nə baş verdiyi haqda məlumatlar əldə edib.

Məlumata görə, Q.Məmmədov Türkiyədə saxlanılıb və onun Azərbaycana ekstradisiyası ilə bağlı proses başlanıb.

Lakin son anda bu baş tutmayıb və Məmmədov İngiltərəyə uçub.

Mənbə saxlanılan Q.Məmmədovun Azərbaycana ekstradisiyasının qarşısını Prezidentin keçmiş köməkçisi, hazırda Türkiyədə olan Əli Həsənovun aldığını deyir.

Əli Həsənov Türkiyədəki bütün əlaqələrindən istifadə edərək, Məmmədovun Bakıya göndərilməsinə mane olub və onun təcili İngiltərəyə uçuşunu təşkil edib. Çünki Məmmədov Azərbaycana ekstradisiya olunsaydı, istintaqa hər şeyi etiraf edəcəkdi, bununla da Ə.Həsənovun dövlətə qarşı oyunları ifşa olunacaqdı.

"Həsənov Məmmədovun Bakıya göndərilməməsi üçün bütün imkanlarından istifadə etdi”, - mənbə bildirir.