23 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Dünyada yoluxma sayı 30 milyonu ötüb

17.09.2020


Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 30 milyon nəfəri ötüb.

Worldometer saytı xəbər verir ki, sentyabrın 16-da dünya üzrə 308 min 318 nəfər koronavirus infeksiyasına yoluxub, 6 min 232 nəfər həyatını itirib.

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 30 milyon 49 min 278 yoluxma və 945 min 320 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 21 milyon 814 min 429 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 289 min 529 xəstədən 61 min 247-nin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 828 min 301 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yerlərdə qərarlaşan Hindistanda 5 milyon 118 min 253, Braziliyada 4 milyon 421 min 686, Rusiyada 1 milyon 85 min 281, Peruda 744 min 400 nəfər COVID-19 virusuna yoluxub.

Birləşmiş Ştatlar koronavirusdan ölənlərin sayına görə də dünya lideridir – 201 min 348 nəfər. İlk beşliyə daxil olan Braziliyada 134 min 174, Hindistanda 83 min 230, Meksikada 71 min 978, Böyük Britaniyada isə 41 min 684 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.