25 08 2025-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

ABŞ və Rusiya üz-üzə: Gərginlik pik həddə

16.09.2020

Rusiya ilə Yaponiya arasında mübahisə mövzusu olan Kuril adaları ətrafında ABŞ-a aid müşahidə-kəşfiyyat təyyarəsi uçuş həyata keçirib və Rusiya MİQ-31-ləri ilə üz-üzə gəlməli olub.
Ötən günlərdə Baltik və Qara dəniz üzərində müşahidə olunan ABŞ-Rusiya gərginliyi bu dəfə Uzaq Şərqdə yaşanıb.

ABŞ-a aid B-1B strateji bormbardmançı və kəşfiyyat təyyarəsi Kuril adaları ətrafında uçuş həyata keçirib. Bundan dərhal sonra Rusiyaya aid MİQ-31 qırıcısı havaya qaldırılıb. Rus qırıcısı ABŞ təyyarəsinə yaxınlaşaraq onun ölkə sərhədlərinə daxil olmasına imkan verməyib.

Rusiya Müdafiə Nazirliyi ABŞ-a aid təyyarənin Rusiya hava sərhədini pozmadan geri qaytarıldığını və bunun beynəlxalq hüquqa uyğun olaraq atıldığını açıqlayıb.